BMT Ukraynadan bəzi bölgələrin Rusiyaya ilhaqı üzrə referendumu tanımadı
BMT Baş Assambleyası Ukraynada müharibənin başlanmasından bəri dördüncü qətnaməni qəbul edib və Ukraynadan bəzi bölgələrin Rusiyaya ilhaqı üzrə referendumu tanımayıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, BMT Baş Assambleyasının yerli vaxtla bazar ertəsi günü başlanan növbədənkənar yığıncağı çərşənbə günü davam etdirilib.
Keçirilən səsvermədə BMT-nin 143 üzvü Rusiyanın pislənilməsi üzrə qətnamə layihəsinin lehinə, beş ölkə əleyhinə, 35 ölkə isə tərəfsiz səs verib.
Rusiya, üstəgəl dörd ölkə- Belarus, Şimali Koreya, Suriya və Nikaraqua qətnamənin əleyhinə, Çin isə tərəfsiz səs veriblər.
İran İslam Respublikası və Venesuela səsvermə yığıncağında iştirak etməyiblər.
BMT Baş Assambleyası yerli vaxtla çərşənbə günü öz lehinə səsi və qətnaməsi ilə, Rusiyanın Ukraynanın bəzi bölgələrində keçirdiyi referendumu qanunsuz adlandırıb, pisləyib və bu ölkəni həmin ilhaqetməni ləğv etməyə çağırıbdır.
BMT Baş Assambleyası bu qətnaməni qəbul etməklə Donetsk, Xerson, Luqansk və Zaporoje bölgələrinin ilhaqını pisləyib, Rusiyanın hərəkətlərini beynəlxalq qanunlara əsasən, qanunsuz adlandırıb. Assambleya bütün ölkələri və beynəlxalq təşkilatları Ukrayna bölgələrinin vəziyyətində heç bir dəyişikliyi tanımamağa çağırıb.
Assambleya həmçinin Rusiyadan istəyibdir ki, Ukrayna bölgələrinin vəziyyəti barədəki qərarlarını dərhal və heç bir qeyd-şərt olmadan geri götürsün.
BMT Baş Assambleyasının qətnamələri icbari olmasa da Qərb, Rusiyaya qarşı beynəlxalq təzyiqləri daha da artırmağa çalışır.
Ukraynanın şərqində yerləşən Donbasın dörd şərq bölgəsində- Donetsk, Xerson, Luqansk və Zaporoje bölgələrində Rusiya ərazisinə ilhaq üzrə referendum, sentyabrın 23-dən 27-dək keçirilib.
Rusiyaya qatılmağa, Donetsk bölgəsində 99,23, Luqanskda 98,42, Xersonda 87,5, Zaporojyedə isə 90,1 faizlik dəstək verilib.
Rusiya prezidenti sentyabrın otuzunda Ukraynanın dörd bölgəsinin bu ölkəyə ilhaqı barədəki müahidələri bir mərasimdə rəsmən imzalayıb.