Medvedevdən sensasion açıqlama
"Rusiya xaricdə öz vətəndaşlarını qorumaq hüququna malikdir"
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini bəyan edib ki, bu dövlətin öz vətəndaşlarının həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milli maraqlarını və həyatlarını qorumağa haqqı var.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə özünün "Telegram-kanal"ında Dmitri Medvedev yazıb.
O bildirib ki, Rusiya öz vətəndaşlarının və dövlət müstəqilliyinin qorunmasını başlıca vəzifələri hesab edir, həm də bu müdafiə təkcə öz ərazində deyil, əgər buna əsas varsa, başqa ərazilərdə də mümkündür. Başqa sözlə desək, hər bir ölkənin xarici ərazilərdə öz məhv edilən vətəndaşlarını müdafiə etmək üçün hərbi gücdən istifadə etmək, o cümlədən, öz dövləti və xalqının müdafiəsi üçün dolğun hərbi əməliyyatlar aparmaq hüququ var.
O, dəqiqləşdirib ki, "belə xüsusi əməliyyatlar"ın keçirilməsi BMT Nizamnaməsinin əsas müddəaları və bu işlərlə bağlı beynəlxalq praktika ilə nizamlanıb.
Medvedevin sözlərinə görə, döyüş əməliyyatları üçün əsas xarici dövlətin ərazisində terror və vətəndaşların qətlidir.
Təhlükələr sırasında Medvedev ərazi bütövlüyünün pozulması və nüvə silahını qeyd edib.
Dmitri Medvedev vurğulayıb ki, dövlətin öz vətəndaşlarının milli maraqlarını və həyatlarını qorumağa haqqı var. Bunun forması məqama uyğun olaraq sərt ola bilər.
Lakin o, qeyd edib ki, müxtəlif dövlətlərin dinc yanaşı yaşaması mümkündür və zəruridir.