Rusiya Qərbin Qarabağ münaqişəsinə yanaşmasını tənqid edib
Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib: Birləşmiş Ştatlar və Avropa Birliyi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Qarabağ münaqişəsi ilə bağlı, müvazinətli həll yolları ardınca olmayıb, yalnız təzahür etmək niyyətindədirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Çəkişmələrin qızğın çağında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkllatı ötən həftə Ermənistana ehtiyacların dəyərləndirilməsi üzrə bir komanda göndərdi. Azərbaycan Respublikası, Rusiya və Türkiyə bu mübahisəli addımı kəskin tərzdə pislədilər.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova dünən Teleqram kanalında yaydığı bəyanatda bildirib: Birləşmiş Ştatlar və Avropa Birliyi,/ Bakı-Yerevan-Moskva üçtərəfli anlaşması yolu ilə əldə olunan/ «gərginliyin aradan qaldırılması gedişində etibar qazanmaq» üzrə səylə/ təbliğat aparmaq fikrindədirlər.
Rusiya xarici işlər nazirliyinin mətbuat katibi vurğulayıb: Vaşinqton və Brüsselin əsl məqsədləri, müvazinətli həll yolları və saziş əldə etmək deyil. Onlar təzahür etmək və Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaq ardıncadırlar.
O. xəbərdarlıq edib: Qərbin hərəkətləri Rusiya, Azərbaycan Respublikası və Ermənistan arasında razılaşma yolu ilə böyük səy və çətinliklə əldə olunan tarazlığı hədələyir.