Noy 06, 2022 15:29 Asia/Baku
  • Fransa xalqı inflyasiya səviyyəsinin artmasından nigarandır

Avropada enerji böhranı ilə bir zamanda, Fransada aparılmış ən son rəy sorğusu göstərdi ki, bu ölkə vətəndaşlarının hər on nəfərindən doqquzu ölkədəki inflyasiya səviyyəsindən nigarandır.

SəhərAzəri-nin məlumatına əsasən, “BMF Biznes” informasiya kanalının apardığı rəy sorğusunun nəticələrinə əsasən, Fransada iqtisadi əhval-ruhiyyə göstəricisi özünün ən aşağı həddindədir. Bu arada respondentlərin 78 faizi deyibdir ki, öz ölkələrinin iqtisadiyyatına az etimad edir. Belə bir halda, rəy sorğusunda iştirak edən Fransa vətəndaşlarının təkcə 22 faizi bu ölkə iqtisadiyyatına çox etimad etdiyini deyibdir.

Respondentlərin təxminən 75 faizi isə bu qənaətdə olubdur ki, ölkənin iqtisadi problemləri 2023-cü ildə daha da kəskinləşəcək və fransızlar tərəfindən hesablanmış inflyasiya səviyyəsi 12,5 faizdir.

İqtisadi araşdırmalar və statistika üzrə milli müəssisənin son məlumatına görə, Fransada istehlak qiymətinin indeksi 6,2 faizə qalxıbdır.

İqtisadi müəssisələrdən birinin direktoru olan Qael Sliman “BMF Biznes” informasiya kanalına deyibdir ki, fransızlar inflyasiyanın elan olunmuş səviyyədən ikiqat çox olduğu qənaətindədirlər.

Başqa bir hadisədə, Avropada havaların soyumasının qızğın çağında Fransanın paytaxtı Parisin rəsmiləri mağaza sahiblərindən istəyiblər ki, enerjiyə qənaət məqsədilə işləri başa çatdıqdan sonra işıqları söndürsünlər.

On yeddinci əsrdən bəri işıqlar şəhəri kimi tanınan Paris, hazırda enerjiyə qənaət məqsədilə elektrik rozetkalarını söndürməkdə öncüldür.

 

Teqlər