Noy 14, 2022 12:43 Asia/Baku
  • Britaniyanın şərqində silahlı qarşıdurma

Britaniyanın şərqindəki Bedfordşir şəhərində silahlı qarşıdurma 2 nəfərin ölümü ilə nəticələnib.

SəhərAzəri- "İRNA"nın məlumatına görə, Britaniyanın şərqindəki Bedfordşir şəhərində soyuq silahla qarşıdurma nəticəsində bir nəfər də ağır yaralanıb.

Bu məlumata əsasən, hadisənin qurbanlarının kimliyi hələ müəyyən edilməyib.

Bu hadisə elə bir halda baş verir ki, Britaniya xalqı xüsusilə də soyuq silahlarla hücum, narkotik vasitələrinin ticarəti və istifadəsi kimi zorakı cinayətlərdən narahatdırlar və cinayətkarlıqla mübarizə üçün lazımi imkanların, o cümlədən polis qüvvələrinin olmadığına inanırlar.

2010-cu ildə Britaniyada mühafizəkarların hakimiyyətə gəldiyindən bəri indiyədək 20 min polis qüvvəsi ixtisar edilib. 

2021-ci ildə silahlı cinayət halları 2 min 351-ə çatıb, 650 nəfər odlu və soyuq silahlarla öldürülüb ki, bu da son on ilin ən yüksək göstəricisidir.

Britaniya Milli Statistika Mərkəzi də son beş ildə ən azı 1 min 56 nəfərin soyuq silahlarla öldürüldüyünü və qurbanların dörddə birinin 18-24 yaş arasında olduğunu açıqlayıb.