Fransızlar qiymətlər qalxmazdan əvvəl yanacaqdoldurma məntəqələrinə axın ediblər
https://azeri.sahartv.ir/news/dünya-i395102-fransızlar_qiymətlər_qalxmazdan_əvvəl_yanacaqdoldurma_məntəqələrinə_axın_ediblər
Fransada qiymətlərin artması ilə eyni zamanda bu ölkə vətəndaşları bezdirici izdihamla yanacaqdoldurma məntəqələrinə axışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2022 14:42 Asia/Baku
  • Fransızlar qiymətlər qalxmazdan əvvəl yanacaqdoldurma məntəqələrinə axın ediblər

Fransada qiymətlərin artması ilə eyni zamanda bu ölkə vətəndaşları bezdirici izdihamla yanacaqdoldurma məntəqələrinə axışıblar.

SəhərAzəri- "BFM TV" xəbər kanalının məlumatına görə, Fransada yanacağın qiyməti bu gündən etibarən elə bir halda əhəmiyyətli dərəcədə artacaq ki, fransızlar ölkə boyu yanacaqdoldurma məntəqələrinə axış ediblər. 

Fransa vətəndaşları bildiriblər ki, Fransada yanacaqdoldurma məntəqələrində həddindən artıq sıxlıq zəhlətökəndir.

Ötən çərşənbə axşamı Fransada yanacaq endirimlərindən istifadə etmək üçün son gün idi vəhəftələrdir hökumət tərəfindən verilən hər litr üçün 30 sentlik subsidiya bu gündən etibarən 10 sentə endiriləcək; Bu səbəbdən bir çox sürücü ötən çərşənbə axşamı səhər saatlarından etibarən yanacaqdoldurma məntəqələrinə axışıb; Baxmayaraq ki, bəzilərinin bundan xəbəri yox idi.