Noy 19, 2022 11:24 Asia/Baku
  • Quterreş: Pxenyan təxribat xarakterli hərəkətlərdən çəkinməlidir

Şimali Koreyanın raket sınaqlarından sonra BMT-nin baş katibi Antonio Quterreş Pxenyanı təxribatçı hərəkətlərdən çəkinməyə və beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin baş katibi Antonio Quterres Şimali Koreya tərəfindən raketin buraxılışını pisləyib və Pxenyanı "hər hansı növbəti təxribatçı hərəkətlərdən dərhal imtina etməyə" çağırıb.

Quterreş həmçinin Şimali Koreyadan Koreya yarımadasında davamlı sülhə nail olmaq üçün danışıqlar masasına qayıtmağı xahiş edib.

Şimali Koreya ordusu cümə günü ən güclü sınaqlarından birində qitələrarası ballistik raket atdığını bildiridi. 

Bu Şimali Koreyanın ikinci ballistik raketidir ki, son iki gündə buraxılıb. 

İki həftə əvvəldən Şimali Koreya Seul və Vaşinqtonun birgə hava təliminə etiraz olaraq, Şərq dənizi və Sarı dənizə doğru 36 qısa, orta və uzun mənzilli ballistik raket atıb.

Teqlər