Belarusun baş naziri Tehrana gəlib
Belarusun baş naziri Roman Qolovçenko Tehrana daxil olub və İranın sənaye, mədən və ticarət naziri tərəfindən qarşılanıb.
"FARS" xəbər agentliyinin məlumatına görə, İran və Belarus nümayəndə heyətləri ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən tranzit, ixrac və idxal, enerji təchizatı, kənd təsərrüfatı məhsulları, texnologiya və avadanlıqların transferi kimi sahələrdə genişləndirilməsini müzakirə edəcək və Tehran və Minsk arasında iqtisadi əlaqələrin inkişafı üçün hərtərəfli yol xəritəsini tərtib edəcəklər.
Belarus baş nazirinin Tehrana səfərinin planlarına İran və Belarusun iqtisadi fəalları ilə birgə görüş də daxildir.
İran və Belarus son illərdə yaxşı münasibətlərə malik olublar ki, bu da, müntəzəm yüksək səviyyəli görüşlərdə və müxtəlif razılaşmalarda öz əksini tapıb.