Noy 26, 2022 11:55 Asia/Baku
  • Aİ nazirləri qeyri-qanuni miqrasiya problemi ilə bağlı fövqəladə iclas keçiriblər

Avropa İttifaqının daxili işlər nazirləri Aralıq dənizində xilas edilən miqrantların taleyi ilə bağlı Fransa və İtaliya arasında yaranan mübahisədən sonra cümə günü Brüsseldə fövqəladə iclas keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa komissarı Marqaritis Şinas Aİ-yə üzv ölkələrin daxili işlər nazirlərinin toplantısından əvvəl deyib: "Biz hər böhranı, hər qayığı və hər hadisəni ayrı-ayrılıqda araşdırmamalıyıq, lakin bunların hamısı üçün Avropa İttifaqı qanunlarına əsaslanan vahid çərçivə yaratmalıyıq".

Paris və Roma arasında mübahisə Fransanın, İtaliyanın rədd etdiyi 234 xilas edilmiş miqrantı daşıyan gəmini qəbul etməsindən sonra başlayıb. 

Fransanın daxili işlər naziri Gerald Darmanin İtaliyanın hərəkətini "eqoizm" adlandırıb. O, həmçinin başqa ölkələrin də daha çox miqrant qəbul etmədiyi təqdirdə, Fransanın daha əvvəl qəbul etməyə razı olduğu 3 minə yaxın miqrantı artıq qəbul etməyəcəyini vurğulayıb.  

Qanunsuz miqrantların hansı ölkənin qəbul etməsi məsələsi Avropa Birliyinin daimi problemlərindən birinə çevrilib.

Avropa Birliyinin cənub ölkələri, o cümlədən İtaliya, İspaniya və Yunanıstan miqrantların çoxluğunun onlara böyük təzyiq göstərdiyini, Avropa Birliyinin şimal ölkələrinin isə onlara kifayət qədər kömək etmədiyini bildirirlər.

Teqlər