Dek 07, 2022 16:14 Asia/Baku
  • üçtərəfli görüş
    üçtərəfli görüş

Dünən Moskvada Rusiya, Azərbaycan Respublikası və Ermənistanın baş nazirlərinin müavinlərinin iclası keçirilib

SəhərAzəri-nin məlumatına əsasən, Dekabrın 6-da Moskvada Rusiya Baş nazirinin müavini Aleksey Overçukun, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib.

Rusiya hökumətinin məlumatına görə, iclasda tərəflər Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində müsbət rolunu qeyd ediblər.

"Görüş zamanı Azərbaycan, Ermənistan, Rusiya arasında və regionda dəmir yolunun inşası, dəmir yolu nəqliyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrinin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər. Azərbaycan və Ermənistan tərəfləri görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər", deyə Rusiya hökumətinin məlumatında qeyd olunur.

Üçtərəfli işçi qrupunun iclası dekabrın 5-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovun görüşündən sonraya təsadüf edir.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidenti İlham Əiyevin 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan ərazisindən dəhliz tələb etməsi regionda kommunikasiyaların və nəqliyyatın bərpasını və nəticə etibarı ilə sülh müqaviləsinin imzalanmasını gecikdirir.

Təhlilçilərə görə İlham Əliyevin Ermənistanı Azərbaycanın daxilində yerləşən Xankəndinə birləşdirən Laçın dəhlizi kimi güzəştə imza atması onun ümumi fikrdə qınaq obyektinə çevrilməsinə səbəb olub. Məhz buna görə o Ermənistandan dəhliz tələb eetmək məcburiyyətində qalıb ancaq görünən odur ki, rəsmi Bakıdan başqa kimsə bu tələblə razılaşmır.

 

 

Teqlər