Fransada on min polis qüvvəsi hazır vəziyyətə gətirilib
https://azeri.sahartv.ir/news/dünya-i395823-fransada_on_min_polis_qüvvəsi_hazır_vəziyyətə_gətirilib
Fransanın daxili işlər naziri Fransa futbol yığmasının Mərakeş millisilə görüşündən sonra ehtimal edilən çaxnaşmalarla mübarizə məqsədilə bu ölkənin on min polis qüvvəsinin hazır vəziyyətə gətirildiyini bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 14, 2022 16:11 Asia/Baku
  • Fransada on min polis qüvvəsi hazır vəziyyətə gətirilib

Fransanın daxili işlər naziri Fransa futbol yığmasının Mərakeş millisilə görüşündən sonra ehtimal edilən çaxnaşmalarla mübarizə məqsədilə bu ölkənin on min polis qüvvəsinin hazır vəziyyətə gətirildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Cerald Darmanin qeyd edib ki, sözügedən qüvvələrdən, iri Paris bölgəsində istifadə olunacaq.

Fransızlar futbol üzrə dünya çempionatının yarımfinal mərhələsində bu gecə,/ bundan öncə İspaniya və Portuqaliya komandalarını Qətər dünya çempionatından uzaqlaşdırmış Mərakeş yığması ilə qarşılaşmalıdırlar.

Ötən şənbə günü gecə Mərakeş və Fransa milli komandalarının dünya çempionatının dörddə bir final mərləsində müvafiq olaraq, Portuqaliya və İngiltərə yığmaları üzərindəki qələbələrindən sonra sözügedən iki komandanın azarkeşləri Paris küçələrinə çıxıb, öz komandalarının dünya çempionatının yarımfinal mərhələsinə çıxmalarını bayram etdilər.

Lakin bu şənliyin mahiyyəti az sonra dəyişdi və Paris küçələrində, xüsusən Şanzelize prospektində gərginliyə və Fransa polisi ilə toqquşmaya gətirib çıxardı.