Azərbaycanın Ukraynaya generator göndərməsi Moskvanı qəzəbləndirib
Azərbaycanın Ukraynaya "humanitar yardım" kimi transformator və generator verməsi Rusiyada anlaşılmazlıq doğurur.
Bu barədə cümə axşamı RF XİN-dəki mənbə TASS-a bildirib.
"Bakının bu addımı anlaşılmazlıq doğurur. Rusiya Federasiyasının silahlı qüvvələri xüsusi hərbi əməliyyat çərçivəsində Kiyev rejiminin hərbi ehtiyaclar üçün istifadə etdiyi kritik infrastrukturu məhv edir. Azərbaycanın vəziyyəti prinsipial olaraq dəyişdirməyəcək tədarükləri humanitar yardım sayılmır", deyə TASS RF XİN-dəki mənbədən sitat gətirir.
Xatırladaq ki, dekabrın 10-da Azərbaycan Ukraynaya ümumi dəyəri 1,4 mln. manat olan 45 güc transformatoru və 50 generator göndərib. Müharibə ərzində Azərbaycan Ukraynaya ümumilikdə 30 mln. manatlıq (17.5 mln. dollardan çox) yardım göstərib.