Fransa yeni nəsil qırıcı təyyarənin yaradılması ilə bağlı müqaviləni təsdiqləyib
Fransanın rəhbərliyi ilə “Gələcək Hava Döyüş Sistemi” adlı ortaq layihə şəklində həyata keçirilən Avropanın yeni nəsil döyüş təyyarələrinin prototipinin hazırlanması üçün tədqiqat müqaviləsi Paris tərəfindən təsdiqlənib.
SəhərAzəri-nin məlumatına əsasən, Fransa ordusu qitənin hərbi imkanlarını inteqrasiya etmək və onun Amerika texnikasından asılılığını azaltmaq üçün əsas layihə olan yeni Avropa döyüş təyyarəsinin hazırlanması müqaviləsini rəsmən imzalayıb və onu digər iki avropalı tərəfdaşı Almaniya və İspaniya ilə birlikdə irəliyə aparacaq.
Bu gizli delta qanadlı qırıcının hazırlanması müqaviləsinin dəyəri 3,2 milyard avro təxmin edilib və qərar üzrə bu layihədə iştirak edən üç ölkə onun təmin edilməsində bərabər paya malik olacaqlar.
Yekun məqsəd 2029-cu ildə Avropanın yeni nəsil qırıcı təyyarəsinin prototipinin ilk üçüşünün həyata keçirilməsidir ki, tədricən 2040-cı ilə qədər hazırda istifadə olunan Rafale və Eurofighter təyyarələrini əvəz edəcək.