BMT nümayəndəsi Talibana təzyiq göstərməyə çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i396007-bmt_nümayəndəsi_talibana_təzyiq_göstərməyə_çağırıb
BMT-nin xüsusi nümayəndəsi Qordon Braun İslam ölkələrini Talibanın qız tələbələrin universitetlərə qəbulunu qadağan edən addımını pisləməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2022 09:58 Asia/Baku
  • BMT nümayəndəsi Talibana təzyiq göstərməyə çağırıb

BMT-nin xüsusi nümayəndəsi Qordon Braun İslam ölkələrini Talibanın qız tələbələrin universitetlərə qəbulunu qadağan edən addımını pisləməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu yaxınlarda Əfqanıstanın bütün dövlət və özəl universitetlərinə göndərilən əmrə əsasən, qadınların ali təhsil müəssisələrində təhsil alması növbəti bildirişə qədər dayandırılıb.

Talibanın bu qərarı  reaksiyalar dalğasına səbəb olub. Taliban ali təhsilə qoyulan qadağanın müvəqqəti olduğunu söyləyir, bununla belə, Əfqanıstanın müxtəlif şəhərləri etiraz aksiyalarının şahidi olub və Hrat şəhəri də təhlükəsizlik nəzarəti altına alınıb.

BMT-nin sözçüsü Stefan Düjarrik bu addımı Talibanın başqa bir pozulmuş vədi adlandırıb və deyib: "Biz Talibanın Əfqanıstanı ələ keçirildiyi vaxtdan qadınlar üçün təkcə təhsildə deyil, ictimai yerlərə çıxışda da imkanların məhdudlaşdırıldığını gördük"