Dek 28, 2022 15:25 Asia/Baku
  • Meksika:

Meksika prezidenti Abş-ın miqrantlara qarşı qeyri-insani rəftarını və onların ağrıları və ehtiyaclarından və öz siyasi maraqları üçün sui-istifadə etməsini pisləyib.

SəhərAzəri- Dekabrın 24-ü və 25-i axşam Texas ştatının qubernatoru Co Bayden administrasiyasının miqrasiya siyasətinə etiraz olaraq, miqrant dolu bir neçə avtobus ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Vaşinqtondakı iqamətgahının önünə göndərib.

Şiddətli qış fırtınası və kəskin soyuğun ABŞ-ın müxtəlif bölgələrinə ciddi təsir göstərdiyi bir şəraitdə miqrantlar gecələr lazımi geyim olmadan soyuqda qalıblar. Onların arasında uşaqlar və qadınlar da olub.

Meksika prezidenti Andrés Manuel López Obrador Texas ştatının qubernatoru Qreq Əbbotun yanaşmasından təəssüfləndiyini bildirib və Mərkəzi Amerika ölkələrindən miqrasiyanın və insan alverinin qarşısını almaq üçün əsas həll yolu tapmağa çağırıb.

Obrador şaxtalı havaya baxmayaraq miqrantlarla dolu avtobusların Vaşinqtona göndərilməsi ilə bağlı deyib: "Əbbot hətta məbədə də gedə və ya müqəddəs kitabı oxuya bilər, amma əslində onun davranışı çox qeyri-insani və anti-xristiandır".

Teqlər