Yan 24, 2023 19:21 Asia/Baku
  • Le Figaro
    Le Figaro

“Azərbaycanlılar erməni xalqını yer üzündən silmək istəyirlər”

Fransanın Le Figaro jurnalının direktor müavini iddia edib ki, Əliyevin rəhbərliyi ilə azərbaycanlılar erməni xalqını yer üzündən silmək istəyirlər.

Nüfuzlu “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Busson özünün “Tvitter” mikrobloqunda Azərbaycan hakimiyyətini soyqırımına cəhd etməkdə günahlandırıb.

O yazıb: “Əliyevin rəhbərliyi ilə azərbaycanlılar erməni xalqını, onların inancını, kimliyini məhv etmək istəyirlər. Azərbaycanlılar dünən Naxçıvanda, bu gün Artsaxda, sabah isə Ermənistanda nə diriyə, nə də ölüyə hörmət edirlər. Əliyevin rəhbərliyi altında onların yalnız bir məqsədi var: o da,  erməni xalqını, onların inancını, tarixini, irsini yer üzündən silməkdir. Onları kim dayandıracaq?” – deyərək Busson yazıb.

“Le Figaro”nun direktor müavini Azərbaycan əsgərinin erməni abidə daşının üzərində xaçı sındırdığı videonu da öz postuna əlavə edib.

 

Teqlər