Yan 27, 2023 13:57 Asia/Baku
  • Kanadanın qərbində yerli uşaqlara aid onlarla qəbir üzə çıxarılıb
    Kanadanın qərbində yerli uşaqlara aid onlarla qəbir üzə çıxarılıb

İnformasiya qaynaqları Kanadanın qərbində yerləşən “Britaniya Kolumbiyası” əyalətində yerli uşaqlara aid azı altmış altı əlamətsiz qəbirin üzə çıxarılmasından xəbər veriblər.

Bu qəbirlər, öncə yerli uşaqların məktəblərinin yerləşdiyi məkanda aşkar edilib.

Sözügedən məktəblər 1819-cu ildə qəbul olunmuş “qırmızıdərililərin sivilizasiya qanunu” əsasında yaradılıblar. Yerli uşaqların öz valideynləri, mədəniyyət və adət-ənənələrindən uzaq saxlanılmaları Kanadanın yerli sakinlərinin mahiyyətlərinin məhvinə gətirib çıxarıb.

Kanadanın yerli sakinlərinin 150 mindən çox uşağı həmin məktəblərdə təhsil alırdı. Onların azı 3200 nəfəri xəstəlik və pis rəftar üzündən həyatını itirdi. Sözügedən məktəblər başlıca olaraq, katolik kilsəsi tərəfindən idarə olunurdular.

2021-ci ilin may ayında da “Britaniya Kolumbiyası” əyalətində yerli uşaqlara məxsus bir internat məktəbinin yerləşdiyi məkanda üç yaşından yuxarı 215 uşağın cəsədinin qalıqları üzə çıxarılmışdı.

Son zamanlar medialar məlumat veriblər ki, Kanada bir əsrə yaxın müddətdə internat məktəblərdə əzab-əziyyətlərlə üzləşən yerli icmanın törəmələrinə 2,1 milyard dollar kompensasiya ödəyəcək.

Bu kompensasiya 325 kanadalı yerli qrupun şikayətinin ardınca təyin edilib və Kanada hökumətindən müstəqil olan daşınmaz bir fonda əmanət kimi yatırılması qərara alınıb.