Fev 13, 2023 13:12 Asia/Baku
  • Lavrov Ağ Evin təfriqəçi siyasətindən danışdı

“ABŞ Kiyev və Moskvanı dost olmağa qoymur”

Rusiyanın XİN rəhbəri bəyan edib ki, ABŞ-ın siyasi məqsədi Moskva və Kiyevin dostluğuna qarşı yönəlib.

Sergey Lavrov bu haqda deyib: “Biz ABŞ-ın siyasi məqsədinin dostluğun inkişafına qarşı yönəldiyini görürük. Amerikalılar heç vaxt səmimi olmayıblar. Hətta Sovet İttifaqı dağılandan sonra ABŞ-la ölkəmiz arasında münasibətlərin yeni keyfiyyətlər qazandığı görünürdü. Həmin vaxtdan onlar Rusiya ilə digər keçmiş Sovet İttifaqı respublikaları arasında dostluq əlaqələrini maksimum dərəcədə zəiflətmək siyasəti aparmağa başladılar”.

Onun sözlərinə görə, Ukraynanın Rusiya əleyhinə yönəldilməsi də bu mövzula əlaqədədir.

 

Teqlər