“İstanbulda hər an zəlzələ baş verə bilər”
6 fevral zəlzələsi İstanbul zəlzələsini gecikdirdi. Lakin bu, İstanbul üçün ağrılı bir ön xəbərdarlıqdır.
Bu açıqamanı Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzinin (GFZ) professoru Marko Bohnhoff səsləndirib.
Seysmoloq xəbərdarlıq edib ki, rəsmi rəqəmlərə görə 16 milyon insanın yaşadığı İstanbul üçün 7,4 bal gücündə zəlzələ gecikir: “Bu, hər an baş verə bilər”.
O, Şimali Anadolu fay xəttinin İstanbula yaxın olması səbəbindən erkən xəbərdarlıq sistemlərinin etibarsız olduğunu bildirib.
Almaniya Federal Geologiya Elmləri İnstitutundan seysmoloq Gernot Hartmann da oxşar açıqlama verib və deyib ki, mövcud zəlzələlər İstanbulun zəlzələ riskini dəyişməyib, orada zəlzələ riski hələ də yüksəkdir. Ona görə də yaxınlaşan təhlükəni dərk etmək lazımdır. İndidən hazırlaşmaq vacibdir.