Beydendən etiraf: “Silah zorakılığı epidemiyadır”
Amerika Prezidenti Co Bayden ABŞ-da tez-tez baş verən silahlı zorakılıq və hücumları epidemiya adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın silah istehsal edən nəhəng zavodlar və şirkətləri təmsil edən Respublikaçılar Partiyasından onal prezidenti nədənsə Konqresi bu kimi hallara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.
Bayden qeyd edib ki, 2023-cü ilin əvvəlindən bəri Birləşmiş Ştatlarda azı 73 kütləvi silahlı atışma hadisəsi baş verib. “Düşüncələr və dualar kifayət deyil. Silah zorakılığı “epidemiya”dır və Konqres hərəkətə keçməlidir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, fevralın 17-də ABŞ-ın Missisipi ştatında silahlı atışma olub. Nəticədə azı 6 nəfər ölüb. Polis şübhəli şəxsi saxlayıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
ABŞ-da hər gün baş verən silahlı insidentlər nəticəsində insanların həyatını itirməsi və yaralanmasına rəğmən, bu ölkənin silah karteli silah satışına məhdudiyyət barədə hərhansı çağırışı boğur.