Fev 21, 2023 17:43 Asia/Baku
  • SEPAH-ı terror təşkilatları siyahısına salmaq üçün heç bir hüquqi əsas yoxdur

Avropa İttifaqının xarici siyasət rəhbəri bir daha SEPAH-ın terror təşkilatları siyahısına salınmasına qarşı çıxıb.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel müxaliflərin Avropa Birliyinin Brüsseldəki qərargahı qarşısındakı nümayişlərinə toxunaraq, bildirib ki, Birlik İnqilab Keşikçilərini Avropadakı terror təşkilatları siyahısına daxil etmir.

Borrel əlavə edib: "Avropa dövlətlərindən birinin müvafiq məhkəmə qərarı olmadan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa İttifaqında terror təşkilatı kimi tanınması mümkün deyil".

Digər tərəfdən Almaniyanın xarici işlər naziri Annalena Berbuk Aİ xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Avropa İttifaqının (Aİ) hazırda İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmaq üçün kifayət qədər hüquqi əsasları yoxdur.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Berqer bu yaxınlarda deyib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terror təşkilatı siyahısına salınması təkcə siyasi maneələrlə deyil, həm də hüquqi maneələrlə üz-üzədir.

Almaniya diplomatiyasının sözçünün bu açıqlamaları Avropa Parlamentinin SEPAH-ı Avropa Birliyinin "terrorçu" təşkilatları siyahısına daxil edilməsini tələb edən qətnamə qəbul etməsindən bir gün sonra verilib. Avropa Parlamentinin qərarları məcburi deyil və yalnız Avropa Şurasına təklif kimi hesab edilir.

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH İran İslam Respublikasının silahlı qüvvələrinin bir hissəsidir ki, Qərbi Asiya regionunda, xüsusilə Suriya və İraqda Qərbin dəstəklədiyi terror qruplaşmalarına qarşı mübarizə və bu regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi sahəsində uzun və səmərəli kemişə malikdir. Ona görə də Avropa Birliyinin onu terror təşkilatı elan etməsi beynəlxalq hüquq normalarına ziddir və əslində regional sülh və təhlükəsizliyi zəiflətməyə yönəlmiş bir hərəkətdir. 

Teqlər