Fev 21, 2023 20:15 Asia/Baku
  • Putin Şimal-Cənub dəhlizinin inkişafını vurğulayıb

Rusiya prezidenti Vladimir Putin bu gün illik çıxışında bildirib ki, ölkəsi İranın da daxil olduğu Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizini inkişaf etdirmək istəyir.

SəhərAzəri- "İRNA"nın məlumatına görə, Vladimir Putin ölkənin yüksək səviyyəli rəsmiləri qarşısında etdiyi televiziya çıxışında deyib: "Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirəcək və bu, İran, Hindistan və Pakistanla əlaqələr üçün fürsət deməkdir. Biz İran, Hindistan və Pakistanla dostluq və əməkdaşlığı artıracağıq".

Putin Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları da tənqid edib və deyib: "Qərb bizə qarşı iqtisadi cəbhə açdı, lakin heç bir yerdə məqsədinə çata bilmədi və çatmayacaq".

Ukrayna əməliyyatı, Qərblə əlaqələr, iqtisadiyyat və seçki tarixi kimi bir çox sahədə açıqlamalar verən Putin, Yeni Strateji Silahların Azaldılması Müqaviləsində iştiraklarını dayandırdıqlarını, lakin bunun, razılaşmadan çıxmaq anlamına gəlmədiyini bildirib.

Ukrayna böhranı ilə bağlı Putin deyib: "Ukraynaya göndərilən silahların mənzili nə qədər uzun olarsa, biz bu silahların yaratdığı təhlükəni bir o qədər uzağa itələyəcəyik. Onların Rusiyanı döyüş meydanında məğlub etməsi mümkün deyil".

Teqlər