Mart 01, 2023 14:00 Asia/Baku
  • Fransız general Ukraynanı məyus etdi

Qərb tanklarının tədarükü Kiyevə kömək etməyəcək

Xarici legiona komandanlıq etmiş fransız general Bruno Dari bildirib ki, Qərb ölkələrinin Ukraynaya tank tədarükü onun döyüş əməliyyatlarında uğurunu təmin etməyəcək.

"Le Figaro" üçün yazdığı məqalədə fransız general qeyd edib ki, Rusiya Silahlı Qüvvələri tank əleyhinə müdafiəni vaxtında gücləndirdiyi üçün iki və ya üç yüz tankın Kiyevə verilməsi təmas xəttində qüvvələr balansında ciddi dəyişikliyə səbəb olmayacaq.

Darinin fikrincə, PUA və peyklərin geniş miqyasda istifadəsi hazırkı zamanda tank hücumunun hazırlanmasını düşməndən gizli saxlamağı mümkünsüz edib.

Nəşrdə qeyd edilir ki, Qərb tanklarının Kiyevə təhvil verilməsi atəşkəs və Ukrayna münaqişəsinin həlli perspektivini yalnız gecikdirəcək.

Bundan əvvəl Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Ukraynaya alman "Leopard" tanklarının tədarükü ilə bağlı qərarın yalnız münaqişənin uzanmasına səbəb olacağını bəyan etmişdi.

 

Teqlər