Rf dumasi: Abş son 40 ilin rekord infilyasiya dönəmini yaşayir
RF Dumasının spikeri xatırladıb ki, ABŞ-ın təminatsız dollar buraxması son 40 ildə rekord inflyasiyaya səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, Dünya ölkələri qarşıdan gələn qlobal maliyyə böhranından qorunmaq üçün öz iqtisadiyyatlarının de-dollarizasiyasını həyata keçirməlidirlər.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, böhranın yaranmasına Amerika hakimiyyətinin iqtisadi sahədə səhvləri səbəb olub.
Volodin qeyd edib ki, ABŞ-ın təminatsız dollar buraxması son 40 ildə rekord inflyasiyaya səbəb olub. Bununla mübarizə məqsədi ilə aparılan əsas faiz artımı kreditlərə xidmət göstərməyi qeyri-mümkün edib ki, bu da 2008-ci ildən bəri ən böyük bank iflasına səbəb olub.
Dövlət Dumasının spikeri ABŞ-da maliyyə problemlərinin artacağını və onların ölkə hüdudlarından kənara yayılacağını proqnozlaşdırıb. Onun fikrincə, böhrandan ən çox zərəri diqqətini yalnız Amerikanın maliyyə sisteminə yönəldənlər və ona uyğun hərəkət edənlər çəkəcək.
"Böhrandan qorunmağın yeganə yolu ölkələrin iqtisadiyyatlarının de-dollarizasiyasıdır" - deyə siyasətçi özünün "Telegram" kanalında yazıb.
Daha əvvəl "Goldman Sachs" ABŞ-ın bank sektorundakı vəziyyətin nəticələrinə görə növbəti il ərzində ABŞ-da tənəzzülün başlanacağını 35% ehtimalla proqnozlaşdırmışdı.
Qeyd edək ki, keçmişdə də İran və Türkiyə kimi bəzi ölkələr ABŞ-ın dollardan istənilən ölkələrə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməsinə görə, ABŞ dollarından imtina edilməsinə çağırmışlar. Bu istiqamətdə hal-hazırda bəzi ölkələr arasında qarşılıqlı ticarət mübadilələri milli valyutalarla həyata keçir.