Mart 22, 2023 02:39 Asia/Baku
  • Rusiya Suriyada sabitliyi pozmaq üçün ABŞ-ın terrorçularla əlbirliyini ifşa etdi

Rusiyanın xarici kəşfiyyat xidməti ABŞ-ın bu ölkənin qanuni hökumətinin mövqelərini zəiflətmək üçün Suriyadakı hərəkətlərini və terrorçularla əməkdaşlığını davam etdirdiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Suriyada nəzarəti altında olan terror qruplarından ölkənin qanuni hökumətinin mövqelərini sarsıtmaq üçün istifadə etməyə davam etdiyini açıqlayıb.

Sputnik xəbər agentliyinin məlumatına görə, bu qurum bildirib ki, ABŞ Suriyadakı terrorçulara pulemyot və ağır raketlərlə təchiz edilmiş onlarla yük maşını ötürməyi planlaşdırır.

Rusiyanın bu dövlət qurumu Vaşinqtonun ölkənin cənub-qərbində, ölkənin mərkəzində və Fəratın şərqində münaqişələr törətmək üçün Suriyada terrorçulardan ibarət briqadalar yaratmağı planlaşdırdığını açıqlayıb.

Xəbərlərə əsasən, ABŞ Suriyanın Homos şəhərində yerləşən Əl-Tanf hərbi bazasından İŞİD-in təxribat əməliyyatlarını koordinasiya edir.

 Həmçinin xəbərdə, ABŞ Rusiya və İran əsgərlərinə qarşı əməliyyatda Suriyada terrorçulardan istifadə etməyi planlaşdırdığını da qeyd edilib.

Bu yaxınlarda ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qanun layihəsini təqdim edən Florida Respublikaçı nümayəndəsi Met Qeyts bəyan edib ki, Vaşinqtonun Suriya prezidenti Bəşər Əsədlə mübarizə üçün maliyyələşdirdiyi üsyançılar İŞİD bayrağını qaldırırlar.

 

Teqlər