Rusiya prezidentinin mətbuat katibi Makronu ələ saldı
Apr 09, 2023 18:57 Asia/Baku
Peskov: Fransa prezidenti əslində ABŞ-ı tənqid edir!
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Belarusda taktiki nüvə silahı yerləşdirmək istəyi ilə bağlı Makronun iradlarına maraqlı cavab verib.
D.Peskov Fransa lideri Makronun “heç bir ölkə heç bir şərtlə nüvə silahını başqa ölkənin ərazisində yerləşdirə bilməz” sözlərinə reaksiyası zamanı onu ələ salaraq deyib: “Fransa Prezidenti Emmanuel Makronun ABŞ-ın ünvanına bu qədər kəskin tənqidini uzun müddətdir eşitməmişdik.”
Qeyd edək ki, Makron Çin lideri ilə görüşdə bu sözləri Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmə istəyinə görə deyib. Rusiya isə bildirir ki, ABŞ Almaniya ərazisində nüvə silahı yerləşdirib və Makron bu tənqidi ABŞ-a ünvanlamalıdır.