İranın kiber gücü sionistləri qorxuya salıb
Balans İranın xeyrinə dəyişə bilər
İsrail nəşri kiber məsələlər sahəsində son hadisələrə toxunaraq kiber güc balansının İran İslam Respublikasının xeyrinə dəyişməsindən narahatlığını bildirib.
SəhərAzəri-nin məlumatına görə, “The Times of Israel” qəzeti yazır ki, cümə günü İsrail banklarının, telekommunikasiya və poçt şirkətlərinin internet saytlarının işləməməsi heç kəs üçün təəccüblü deyil.
Qəzet bildirir ki, belə bir inkişaf regionda güc balansının İslam Respublikasının xeyrinə dəyişməsində əhəmiyyətli təsir göstərəcək.
Xatırladaq ki, son bir neçə gün ərzində işğal olunmuş ərazilərdə bir neçə bankın internet saytı, elektrik şirkətləri, sığorta, poçt şöbəsi, səhiyyə, Ben Qorion hava limanı və bir sıra digər mərkəzlərə qarşı kiberhücumlar barədə xəbərlər yayılıb.
Bazar ertəsi aprelin 24-də isə media mənbələri sionist rejimin bir neçə internet saytına kütləvi kiberhücum barədə məlumat veriblər.
Sionist “Maariv” qəzetinin məlumatına görə, bazar ertəsi baş verən hücumda Anonim haker qrupu “Telegram” səhifəsində biri Mossada aid, digəri isə hökumət sığortası ilə bağlı iki əsas internet saytını sıradan çıxardığını bildirib.