ABŞ senatında demokrat əksəriyyətin başçısı Çinin Amerikanı keçməsi ehtimalı haqda xəbərdarlıq edib.
Çak Şumer çərşənbə günü öz partiya məsləkdaşlarından bir qrupu qarşısında belə deyib: Mühüm cəhət budur ki, zaman bizim xeyrimizə işləmir. Si Tsinpin rejimi hər gün Amerikanı keçməyə çalışır. Demokrat partiyası ilə
SəhərAzəri-nin məlumatına görə, respublikaçılar partiyasının konqresdə və senatda bir araya gələ və Çin hökumətinə “Biz milli təhlükəsizliklə bağlı bu ciddi-cəhdin göstərilməsində bir-birimizlə müttəfiq olub, Amerika rəhbərliyinin qorunmasına sadiqik” məzmunlu güclü mesaj göndərə bilməmələri üçün heç bir dəlil yoxdur.
Çak Şumerin bu sözlərinin fonunda qeyd edək ki, o və onun əməkdaşları çərşənbə günü bildirdilər ki, Amerikanın Çinlə iqtisadi rəqabət qüdrətini gücləndirmək üçün ikipartiyalı və əhatəli bir plan işləyib hazırlamaq niyyətindədirlər.