May 24, 2023 12:10 Asia/Baku
  • Ukrayna savaşı diplomatik məğlubiyyətin nəticəsidir

Macarıstanın baş naziri Ukrayna müharibəsini diplomatik məğlubiyyətin nəticəsi adlandırıb. Bildirib ki: Döyüşlər müzakirələr yolu ilə başa çatmalıdır.

Dünən axşam Qətər iqtisadi forumunun kənarında Ukraynaya hərbi hücuma görə, Moskvanı pisləməkdən çəkinən Viktor Urban deyib: Macarıstanın mövqeyi, elə ilk andan bu idi ki, bu müharibə diplomatik məğlubiyyətin nəticəsidir və heç vaxt baş verməməli idi.

Urban Qərbin Ukraynaya hərbi yardımlarının davam etdirilməsi yerinə, bu böhran üçün diplomatik həll yolunun tapılmasını istəyib.

Macarıstan baş naziri «Sizcə, Kiyev Moskvaya qarşı müharibədə qalib gələ bilərmi?» sualının cavabında vurğulayıb: Döyüşlərin gedişatı aydın şəkildə göstəribdir ki, belə bir şey mümkün deyil.

Viktor Urbanın sözlərinin fonunda qeyd edək ki, Macarıstan/ Avropa Birliyinin Ukrayna üçün planlaşdırdığı/ Avropa sülh mexanizmi kimi yad edilən beş yüz milyon avroluq yeni hərbi yardım paketinin qəbul olunmasının qarşısını almaq əzmindədir.

 

Teqlər