Fransada mübahisəli pensiya islahatlarına qarşı etirazlar davam edir
Yüz minlərlə Fransa vətəndaşı Fransa dövlətinin mübahisəli pensiya islahatlarına qarşı çıxmaq üçün ölkə boyu 14-cü dəfə nümayişlərə çıxıb.
Agence France-Presse-in məlumatına görə, Fransada həmkarlar ittifaqları çərşənbə axşamı (6 iyun) növbəti dəfə mübahisəli pensiya islahatlarına qarşı tətillər və nümayişlər planlaşdırararq ölkə xalqını islahatlara etiraz etmək üçün küçələrə çıxmağa çağırıblar. Onlar bu etirazlarla Fransa prezidenti Emmanuel Makronun mübahisəli pensiya islahatlarına qarşı etirazların hələ bitmədiyini göstərmək istəyirlər. Fransa hökuməti çərşənbə axşamı Fransada ümumilikdə 281 min etirazçının küçələrə çıxdığını açıqlayıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-may ayları arasında, xüsusən də mart ayında Fransa pensiya islahatlarında pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı əsas bəndinə qarşı kütləvi tətil və etirazların şahidi olub. Bunun nəticəsində isə, qatar səfərlərinin və uçuşların ləğvi ilə nəqliyyat sektorunun iflic olduğu bildirilib