Patruşev ABŞ-ı ittiham etdi;
"Ukrayna sülhə hazır idi, Amerika buna imkan vermədi"
İyun 10, 2023 08:19 Asia/Baku
Rusiya Milli Təhlükəsizlik Şurasının katibi deyib ki, Moskva Ukraynadakı “nasist rejimini” dəyişməyə çalışır, lakin Rusiya və Ukrayna xalqları arasında müharibə yoxdur.
Russia Today-in məlumatına görə, Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev belaruslu həmkarı ilə görüşü zamanı sözlərinə əlavə edərək ABŞ-dan yalnız “açıq düşmənçilik” olduğunu və Ukraynanı Rusiyaya qarşı müharibə aləti kimi istifadə etdiyini deyib.
Rusiyalı rəsminin sözlərinə görə, bu ölkənin davamlı böhranı Vaşinqtondan başqa heç bir tərəfin marağında deyil.
Patruşev qeyd edib ki, Vaşinqton və Londonun yaratdığı nasist Kiyev rejimi dəyişdirilməli, Ukrayna neytral ölkəyə çevrilməlidir.