Rusiya Ukraya ordusunun yeni hücumlarını dəf etdiyini bildirir
Putin Ukraynanın əks-hücumunun uğursuzluğunu vurğulayıb
Rusiya prezidenti bəyan edib ki, Ukrayna qüvvələri heç bir cəbhədə öz məqsədlərinə çatmayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin qeyd edib ki, Ukrayna qoşunları heç bir məntəqədə rusiyalı əsgərlərinin cəsarəti, qoşunların düzgün təşkili sayəsində öz məqsədlərinə nail ola bilməyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücum potensialı hələ də qorunub saxlanılır.
Kiyev əks-hücumlarının məqsədinin “işğal olunmuş əraziləri Rusiyadan geri almaq” olduğunu bəyan etsə də, bu əks-hücumların müharibənin taleyini ciddi şəkildə dəyişəcəyi gözlənilmir.
Bir müddət əvvəl Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Cozef Borrel demişdi ki, “Qərb ölkələri Ukraynaya yardımlarını dayandırsa, Kiyev bir neçə günə təslim olacaq və müharibə başa çatacaq. Bu səbəbdən Ukrayna tərəfinə yardımın davam etməsi lazımdır”.