Putin Ukraynanın yaşayış məntəqələrinə hücumunu mənasız adlandırıb
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin (USQ) yaşayış məntəqələrinə zərbə endirən hərəkətlərini şərh edib.Bu barədə TASS informasiya agentliyi xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Putin qeyd edib ki, Ukrayna qoşunları birbaşa yaşayış məntəqələrinə və humanitar obyektlərə zərbələr endirirlər, lakin hərbi baxımdan bunun heç bir mənası yoxdur.
"Düşmən niyə yaşayış məntəqələrinə zərbələr endirir? Burada heç bir məntiq yoxdur", - deyə Rusiya dövlət başçısı qeyd edib.
Bu yaxınlarda Vladimir Putin bildirib ki, Ukrayna ordusunun son günlər itkiləri klassik rəqəmləri üstələyir.
Rusiya fevralın 24-də “xüsusi hərbi əməliyyat” adı altında Ukrayana hücum edib.
Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Putinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.