Qərbin Vyanada çoxtərəfli danışıqları siyasiləşdirməsi uğursuzluğa düçar oldu
https://azeri.sahartv.ir/news/dünya-i400767-qərbin_vyanada_çoxtərəfli_danışıqları_siyasiləşdirməsi_uğursuzluğa_düçar_oldu
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Qərb ölkələrini Vyanada çoxtərəfli müzakirələri siyasiləşdirməyə görə tənqid edib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 13, 2023 13:39 Asia/Baku
  • Qərbin Vyanada çoxtərəfli danışıqları siyasiləşdirməsi uğursuzluğa düçar oldu

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Qərb ölkələrini Vyanada çoxtərəfli müzakirələri siyasiləşdirməyə görə tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Mixail Ulyanov çərşənbə axşamı öz Tvitter hesabında yazıb: "Qərb ölkələri Vyanadakı çoxtərəfli müzakirələri maksimum dərəcədə siyasiləşdirdilər. Amma indi, görünür, belə bir siyasətin öz maraqlarına uyğun olmadığını başa düşməyə başlayıblar"

Ulyanov əlavə edib: "Bizim mövqeyimiz onların öz siyasətindən asılı olacaq. Lazım gələrsə, cavab verəcəyik".

İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların sonuncu raundu ötən ilin yayında Vyanada keçirilib, lakin o vaxtdan bəri bu danışıqlar dayandırılıb.

Siyasi analitiklər hesab edirlər ki, son aylar ərzində Vyana danışıqlarının dayandırılmasına sionist rejimin təzyiqləri, Konqreslə fikir ayrılıqları və ABŞ-dakı daxili problemlər kimi amillər səbəb olub