Albaniya daxili işlər naziri: Terrorçu Münafiqlər qruplaşması 2014-cü il razılaşmasını pozub
Albaniya daxili işlər naziri deyib Bledi Koçi deyib: Terrorçu Münafiqlər qruplaşması terrorçuluq və kiber fəaliyyətləri həyata keçirməklə 2014-cü il razılaşmasını pozub.
2014-cü ildə Albaniya ilə terrorçu Münafiqlər qruplaşması arasında əldə olunmuş razılaşmaya əsasən, bu qruplaşmanın üzvləri humanitar bəhanə ilə bu ölkədən sığınacaq istəyib, lakin onlar terrorçuluq və kiber fəaliyyətləri həyata keçirməklə razılaşmanı pozublar.
Albaniya Milli Polisinin rəhbəri Məhəmməd Rumbolako ilə birgə mətbuat konfransında iştirak edən Koçi, ölkə polisinin Manezdə Mücahedine-xəlq terror qruplaşmasının düşərgəsinə baxış keçirərkən, baş verən toqquşma ilə bağlı deyib: "Polis əməliyyatı qanunlara və Terrorla Mübarizə üzrə Ali Məhkəmənin qərarına uyğun olaraq, həyata keçirilib".
Çərşənbə günü Albaniya polisi terror qruplaşmasının düşərgəsində yoxlama apararkən, terrorçularla Albaniya polis əməkdaşları arasında silahlı toqquşma baş verib, nəticədə bir terrorçu öldürülüb, onlarla nəfər isə yaralanıb, yaralanan terrorçulardan 6-nın səhhətinin ağır olduğu bildirilir.
Albaniyanın daxili işlər naziri polis əməkdaşlarının bu düşərgəyə yalnız bəzi qeyri-ənənəvi elektron cihazların müsadirə edilməsi ilə bağlı məhkəmə qərarını yerinə yetirmək üçün gəldiyini bildirib və deyib: "Paytaxt Tirananın qərbində yerləşən Manze şəhərinin yaxınlığındakı Əşrəf-3 düşərgəsində baş verən bu hadisə zamanı bir sıra polis əməkdaşları yaralanıb".
Koçi Əşrəf-3 düşərgəsinin sakinlərinin alban polisləri ilə rəftarından qəzəbləndiyini və üzüldüyünü vurğulayaraq, əlavə edib: "Bəzi düşərgə sakinləri düşərgənin 17 binasında yerləşən kompüter cihazlarını müsadirə etmək üçün ora gedən polis qüvvələrinin öz vəzifələrini yerinə yetirməsinə mane olmağa çalışıblar və onların rəhbərləri də polislə əməkdaşlıq etməyiblər".
Albaniya polisi ilə terrorçu münafiqlər arasında qarşıdurma və gərginlik elə bir haldadır ki, Fransa hökuməti qruplaşma liderlərinə məktub göndərərək, onlara bu il Parisdə illik toplantı keçirə bilməyəcəklərini və bu toplantını təşkil etmələrinə icazə verilmədiyini bildirib.
Paris polisi bildirib ki, bu toplantı təhlükəsizlik problemlərinə səbəb olacaq və geosiyasi kontekstlə əlaqədar ictimai asayişi poza bilər.
Qeyd edək ki, 1979-cu ildə İran İslam İnqilabının qələbəsindən sonra terrorçu münafiqlər qruplaşması İranın dövlət xadimlərinə və mülki şəxslərinə qarşı çoxsaylı sui-qəsdlər və partlayışlar həyata keçirib və 17 minə yaxın iranlı bu qruplaşmanın terror aktlarının qurbanı olub.
ABŞ İslam İnqilabının qələbəsinin ilk günlərindən terrorçu qrupları öz maliyyə, siyasi və təbliğat dəstəyi çətiri altına alıb.