Londonda etirazçılar Britaniyanın anti-İslam siyasətinə etiraz edirlər
Britaniya hökumətinin anti-islam siyasətlərinə etiraz olaraq, bu ölkənin paytaxtı Londonda İngiltərə İslam Mərkəzinin qarşısında aksiya keçirilib.
"İran Press"in məlumatına görə, etirazçılar İslam Mərkəzinin rəhbərliyinin dəyişdirilməsinə və dini və mədəni fəaliyyətlərinin dayandırılmasına etiraz ediblər.
Britaniyada İslam İnsan Haqları Komissiyasının sədri Məsud Şəcərə "İran Press" müxbirinə verdiyi müsahibədə bildirib ki, Britaniya hökuməti İslamın sosial, siyasi və əxlaqi aspektlərini öz düşüncəsinə uyğunlaşdırmaq üçün onu manipulyasiya etməyə çalışır.
Bu, ardıcıl dördüncü həftədir ki, Britaniya hökumətinin anti-İslam siyasətlərinə qarşı kütləvi etiraz aksiyası keçirilir.
Britaniya İslam Mərkəzi Londonda müxtəlif millətlərdən olan müsəlman icmasının dini vəzifə və ayinləri yerinə yetirməsi üçün əsas mərkəzlərdən biridir.