"Vaqner " Belarusun təklifi ilə qarşıdurmalara son verməyə razı oldu
İyun 24, 2023 22:25 Asia/Baku
“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin kolonun geriyə, səhra düşərgələrinə yola düşdüklərini açıqlayıb.
SəhərAzəri-nin məlumatına görə, Belarus prezidenti "Vaqner"-in Rusiyadakı münaqişəni dayandırmaq və gərginliyin azaldılması üçün həlledici addımlar atılması barədə Lukaşenkonun təklifini qəbul etdiyini açıqlayıb.