İyun 27, 2023 18:23 Asia/Baku
  • “Ya MN-də xidmətinizi davam etdirin ya Belarusa gedin”

Rusiya prezidenti xalqa müraciətində Vaqner Hərbi Şirkətinə də təklifl verib. O bildirib ki, bu şirkətin hərbçiləri müdafiə nazirliyində fəaliyyətlərini davam etdirə bilərlər. Vaqner başçısı Priqojin isə bu şirkətin iyulun birindən fəaliyyətini dayandıracağını deyib.

Rusiya lideri Vladimir Putin RF xalqına müraciət edib.Rusiya prezidenti rusiyalılara son günlər göstərdikləri dözümlülük, birlik və vətənpərvərliyə görə təşəkkür edərək, iğtişaş yaratmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu vurğulayıb.

Rusiya Prezidentinin sözlərinə görə, üsyan təşkilatçıları Rusiyaya və onlarla birlikdə olanlara xəyanət ediblər.

Vladimir Putin üsyançıların qarşısını kəsən bütün Rusiya hərbçilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və xüsusi xidmət orqanlarının əməkdaşlarına təşəkkür edib.

Rusiya dövlət başçısı bildirib ki, "Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Rusiya Federasiyasının Müdafiə Nazirliyində xidmətini davam etdirə və ya Belarusiyaya gedə bilər, Vaqneritlərə verilən vəd yerinə yetiriləcək:

“Bu gün sizin Müdafiə Nazirliyi və ya digər hüquq-mühafizə orqanları ilə müqavilə imzalamaqla Rusiyaya xidmətinizi davam etdirmək və ya ailənizin və dostlarınızın yanına qayıtmaq imkanınız var. İstəyənlər Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim sizindir, amma əminəm ki, bu, faciəvi səhvini başa düşən Rusiya döyüşçülırinin seçimi olacaq”.

Putin həmçinin "Vaqner" qrupunun “yeganə düzgün qərar verən" döyüşçülərinə və komandirlərinə təşəkkür edib.

"Onlar qardaş qanı tökmədən, son anda dayandılar”, - deyə Putin fikrini yekunlaşdırıb.

"Vaqner"in rəhbəri Yevgeni Priqojin isə komandirlər şurasının toplantı keçirdiyini və Putinin təklifinin müzakirə edildiyini deyib: “Məlumatı döyüşçülərin diqqətinə çatdırdıq. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı.”- Priqojin bildirib.

O əlavə olaraq deyib: Bu yaxınlarda "Vaqner" Ukraynada yaxşı nəticələr əldə etdi, ən ciddi tapşırıqları yerinə yetirdi. Lakin intriqalar, düşünülməmiş qərarlar nəticəsində bu bölmə 2023-cü il iyulun 1-də fəaliyyətini dayandıracaq.

 

Teqlər