İyul 02, 2023 17:22 Asia/Baku
  • Omanın müftisi müsəlmanları İsveç məhsullarını boykot etməyə çağırıb

Omanın baş müftisi İsveçdə baş vermiş müqəddəs Qurani-Kərimin yandırılması cinayətinə görə, müsəlmanları İsveç məhsullarını boykot etməyə çağırıb.

Şeyx Əhməd bin Həməd Əl Xəlili rəsmi Twitter hesabında bildirib ki, dünyanın şərqində və qərbində müsəlmanlar bu cinayətə qarşı durmalıdırlar. Bu böyük cinayət qarşısında görülməli olan ən kiçik iş, İsveç məhsullarını almaqdan imtina edərək, onu tamamilə boykot etməkdir".

Oman müftisi həmçinin bütün İslam tərəflərini, istər hökumət, istər qurumlar, istərsə də hər hansı müsəlman şəxsi İsveçlə aralarındakı bütün maliyyə əməliyyatlarını geri götürməyə çağırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Qurban bayramının ilk günündə, İraq əsilli isveçli Silvan Momika İsveçin paytaxtı Stokholmun mərkəzi məscidi qarşısında Qurani-Kərimin bir nüsxəsini cıraraq, yandırıb.