Rusiya NATO-ya xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i401565-rusiya_nato_ya_xəbərdarlıq_etdi
Medvedev: Rusiya Şərqi Avropadakı nüvə obyektlərini vura bilər
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2023 05:05 Asia/Baku
  • Rusiya NATO-ya xəbərdarlıq etdi

Medvedev: Rusiya Şərqi Avropadakı nüvə obyektlərini vura bilər

SəhərAzəri-nin məlumatına əsasən, “Smolensk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər”.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib.

Onun sözləribə görə, Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukraynadakı AES-lərə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Artıq burada çəkinməli bir şey yoxdur.

Qeyd edək ki, bəzi teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki bir AES-ə raketlərlə hücum etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.