İyul 12, 2023 18:36 Asia/Baku
  • Şoyqu qarşılıq veriləcəyini bildirib

“Kiyevə kasetli sursatlar verilsə, Rusiya də analoji silah tətbiq edəcək”

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Federasiyası Silahlı Qüvvələri Kiyevə kaset sursatlarının tədarükü halında analoji silahlardan istifadə etməyə məcbur olacaq.

TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiyanın malik olduğu kasetli sursatlar ABŞ istehsalı olan silahlardan daha dəqiqdir.

Rusiyalı nazir qeyd edib ki, 2023-cü ildə alınmış və modernləşdirilmiş silah və texnika növlərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 5 dəfədən çox artmışdır. Belə ki, 2022-ci ildə Rusiya ordusu üçün lazımi silahların alınması 2 dəfə artırılıb.

 

 

Teqlər