“Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq”
https://azeri.sahartv.ir/news/dünya-i401701-ukraynanın_nato_ya_üzvlüyü_rusiyanın_təhlükəsizliyinə_təhdid_yaradacaq
Rusiya prezidenti bəyan edib ki, NATO-ya üzvlük Ukraynanın özünün təhlükəsizliyini artırmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2023 08:39 Asia/Baku
  • “Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq”

Rusiya prezidenti bəyan edib ki, NATO-ya üzvlük Ukraynanın özünün təhlükəsizliyini artırmayacaq.

Rusiya dövlət başçısı Vladimir Putin birinci Gələcək Texnologiyalar Forumunda çıxışı zamanı vurğulayıb ki, Ukraynanın NATO-ya mümkün üzvlüyü cəhdi hərbi müdaxilənin başlamasının səbəblərindən biri idi.

Onun sözlərinə görə, Rusiya Federasiyası Ukrayna ilə sülhə dair İstanbul müqaviləsi layihəsini ümumən məqbul hesab edirdi.

O, bildirib ki, Ukraynanın öz təhlükəsizliyini təmin etmək hüququ var, lakin bunu Rusiyaya təhlükə yaratmaq hesabına etməməlidir.

Öz növbəsində Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukraynanın NATO-ya üzvlüyü Avropanın onsuz da bərbad vəziyyətdə olan təhlükəsizlik arxitekturası üçün çox mənfi nəticələrə səbəb olacaq.