Ağ Evin avantürası daxili siyasəti silkələyir
Kennedi: Amerika Rusiya ilə müharibəyə hazırlaşır
İyul 15, 2023 14:03 Asia/Baku
ABŞ-da prezident seçkilərinə namizəd bu ölkə prezidentinin ehtiyat qüvvələrin toplanması və Avropaya göndərilməsi ilə bağlı son hərəkətinə cavab olaraq bildirib ki, ABŞ Rusiya ilə quru müharibəsinə hazırlaşır.
Robert Kennedi ABŞ prezidentinin NATO-nun Avropada gücləndirilməsi üçün ehtiyat qüvvələr göndərmək qərarının Rusiya ilə müharibəyə hazırlıq olduğunu bildirib.
O, tvitterdəki mesajında yazıb: "Bayden bu yaxınlarda "Atlantic Resolve" əməliyyatı çərçivəsində Avropadakı ABŞ qüvvələrini artırmaq üçün 3000 ehtiyat qüvvə çağırıb. Mən istəyirəm ki, insanlar bu hərbi səfərbərliyin nə üçün olduğunu bilsinlər. Bu, Rusiya ilə quru müharibəsinə hazırlıqdır”.