Şimali Koreya: “ABŞ Pxenyana qarşı nüvə silahından istifadə etməyi planlaşdırır”
Şimali Koreyanın BMT-dəki nümayəndəsi Kim Sonq deyib ki, “Birləşmiş Ştatlar ABŞ-Cənubi Koreya Nüvə Məsləhət Qrupunun görüşü əsasında Pxenyana qarşı nüvə silahının istifadəsini araşdırmağı açıq şəkildə planlaşdırır”.
Məlumata görə, Kim BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bu raketin buraxılmasının Pxenyanın qonşu ölkələrinin təhlükəsizliyinə heç bir mənfi təsir göstərmədiyini bildirmiş və açıqlamasında deyib ki, “ Amerika, Yaponiya və Cənubi Koreya Pxenyana qarşı üçtərəfli nüvə ittifaqı yaradıblar”
O daha sonra, Vaşinqtonun Koreya yarımadasını və Asiyanı nüvə müharibəsi həddinə çatdırdığına işarə edərək, deyib ki, “ Koreya yarımadasındakı hazırkı hərbi təhlükəsizlik vəziyyəti Soyuq Müharibə dövründən də daha təhlükəli hal yaratmışdır.”