İyul 22, 2023 14:49 Asia/Baku
  • “ABŞ Avropanın mövqelərinin zəifləməsi məntiqi ilə hərəkət edir”

Rusiya lideri bəyan edib ki, ABŞ Avropanın mövqeyinin zəifləməsi və Ukrayna münaqişəsinin uzaqlaşdırılması məntiqi ilə hərəkət edir.

Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib: “Həm avropalılar, həm də Avropa elitasının nümayəndələri görürlər ki, Ukraynaya qondarma dəstək Avropanın maraqlarından uzaq, xarici maraqlara - Avropanın zəifləməsindən faydalanan xaricdəki qlobal hegemonun maraqlarına xidmət edir. Bu hegemon, həm də Ukrayna münaqişəsinin sonsuz uzanmasından faydalanır”.

Onun fikrincə, belə bir siyasətin Amerika xalqının həqiqi, fundamental maraqlarına uyğun olub-olmaması da böyük sualdır, ritorik sualdır.