Avq 08, 2023 16:35 Asia/Baku
  • Antonov: ABŞ Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirir

Rusiyalı diplomat Birləşmiş Ştatların Cənubi Qafqazda cərəyan edən sülh prosesində səmimi olmadığını bəyan edib.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, əgər Bayden administrasiyası həqiqətən də regionda sülhün təmin edilməsinə sadiqdirsə, o zaman Rusiyaya qarşı ittihamları və sanksiyalarla hədələmələrini dayandırmalı, Rusiya ilə Gürcüstan arasında yaranan əlaqələri pozmağa çalışmamalıdır.

Onun sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair Beynəlxalq Cenevrə müzakirələri çərçivəsində praktiki işə diqqət yetirmək vacibdir.

Səfir qeyd edib ki, ABŞ 2008-ci ildə baş vermiş hadisələrə görə məsuliyyəti faktiki olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin üzərinə ataraq, qəsdən vəziyyəti dəyişir.

 

 

Teqlər