Avq 13, 2023 14:06 Asia/Baku
  • Türkiyə səfirliyi qarşısında Qurani-Kərim yandırıldı

Danimarkanın paytaxtı Kopenhagendə Türkiyə səfirliyi qarşısında islamafob və irqçi Danimarka Patriotları adlı qrupun üzvü Qurani-Kərimi yandırıb.

Xəbər verilir ki, daha sonra qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında da Qurani-Kərimi yandırıb.

İslam əleyhinə plakatlar açıb, şüarlar səsləndirən qrup üzvləri bu anları sosial şəbəkədə paylaşıblar.

Türkiyə hökuməti xəbərdarlıq edib ki, Qərb dünyasında bəzi qaranlıq dairələrin təhrik etdiyi İslamofobiya və irqçilik təzahürlərini diqqətlə izləyir.

Qeyd olunur ki, İslamofobiya əslində bəşəriyyətə qarşı açıq mərəzə çevrilib.

 

Teqlər