Avq 19, 2023 12:29 Asia/Baku
  • Moskva 54 ingilisin adını qara siyahiya saldı

Moskva 54 İngiltərə vətəndaşına Rusiyaya girişi qadağan edib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva cavab tədbiri olaraq, əlli dörd İngiltərə vətəndaşına Rusiyaya girişi qadağan edib və onların adlarını qara siyahıya salıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki: Moskva Rusiyanın iqtisadi fəalları və bu ölkə vətəndaşlarına qarşı birtərəfli sanksiyalar mexanizmindən fəal istifadəyə şamil olan Londonun düşmənçilik siyasəti və hücum hərəkətlərinə cavab olaraq, ümumilikdə əlli dörd nəfəri əhatə edən İngiltərə mətbuatı, həmçinin bu ölkənin güc strukturları və siyasi dairələri nümayəndələrinin adlarını qara siyahıya salıb.

İngiltərə hökuməti keçən ay bildirdi ki, Londonun «Rusiyanın Ukraynanın milli mahiyyətini aradan götürmək üzrə səyləri» adlandırdığı məsələyə cavab olaraq, Rusiyadan on dörd nəfəri sanksiya edib. London həmçinin iddia etdi ki, sözügedən on dörd nəfərdən on birinin ukraynalı uşaqların icbari köçürülmələrində əli olub.

Ötən ay Rusiya da bildirdi ki, Ukraynadakı müharibə bölgəsindən yeddi yüz minə yaxın uşağı çıxarıb və Rusiya ərazisinə köçürübdür.

Moskva qeyd etdi ki, onun proqramı, müharibə bölgəsində başlı-başına buraxılmış uşaqlar və yetimləri qorumaqdır.

Bununla belə, Ukrayna iddia edibdir ki, uşaqların çoxu qanunsuz surətdə ölkədən çıxarılıbdır.