Avq 31, 2023 20:31 Asia/Baku
  • BRİKS-in genişlənməsi Amerika üçün “uğursuzluq”dur

Bloomberg xəbər agentliyi BRİKS-in bu qrupa İran da daxil olmaqla yeni üzvlərin əlavə edilməsi ilə genişlənməsini Amerikanın dünya iqtisadi liderliyindəki rolunun uğursuzluğu kimi xarakterizə edib.

Agentlik yazır: “Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika da daxil olmaqla beş BRİKS ölkəsinin hökumətləri son sammitində daha 6 ölkəni bu qrupa qoşulmağa dəvət etdilər.

BRİKS qrupu bildirib ki, Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin əlavə edilməsi qrupun inkişafının sonu deyil və onun daha da genişlənməsinin birinci mərhələsi inkişaf etməkdə olan ölkələrin qlobal idarəetmədə gücünün artırılmasına yönəlib.

Bloomberg, hökm sürən beynəlxalq nizama alternativ tapmaq istəyini özlüyündə vacib adlandırıb və bunu Amerika rəhbərliyi üçün uğursuzluq hesab edib.

Bu xəbər agentliyi Çini BRİKS-in genişlənməsinin əsas memarı və uzunmüddətli dəstəkçisi kimi adlandıraraq yazır: “Pekin iqtisadi və geosiyasi məsələlərdə liderlik rolunu həyata keçirməyə çalışır. Rusiya həm də yeni iqtisadi tərəfdaşlar tapmaqda, Ukraynadakı müharibənin xərclərini azaltmaqda maraqlıdır və bu səbəbdən BRİKS-in genişlənməsində maraqlıdır.”

Bloomberg BRİKS-in öz üzvlərinə kreditlərin verilməsi sistemini Beynəlxalq Valyuta Fonduna alternativ adlandıraraq vurğulayır: “2016-cı ildə bu qrupun üzvləri tərəfindən birgə likvidlik fondu yaradıldı. Fond üzv dövlətlərə fövqəladə hallarda bir-birinə borc verməyə imkan verir. Bu qrup həm də Dünya Bankından nümunə götürülmüş yeni inkişaf bankı yaratdı və “Bir Kəmər, Bir Yol” təşəbbüsünün bir hissəsi olaraq Çin infrastruktur layihələrini maliyyələşdirdi.

BRİKS qrupu yeni hazırkı razılaşmaları Ümumdünya Ticarət Təşkilatının əhatə dairəsi xaricində genişləndirməyə ümid edir. Hətta onları ABŞ dollarının hökmranlığından qoruya biləcək yeni valyutadan danışıblar.”

 

Teqlər