Lavrov Türkiyə-Suriya münasibətlərindən danışıb
Rusiya, Türkiyə və Suriya, eləcə də "Üçlük"ə qoşulan İran, Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün yol xəritəsinin həyata keçirilməsi layihəsi üzrə təmasları davam etdirir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitunun tələbələri və professor-müəllim heyəti ilə görüşündə deyib.
Lavrov xatırladıb ki, Dəməşq və Ankara arasında münasibətlərin normallaşması prosesi ötən il Müdafiə Nazirliyi ilə xüsusi xidmət orqanları arasında zirvə görüşünə hazırlıq məqsədi ilə təmaslarla başlayıb: "Astana formatında iştirak edən iranlılar da münasibətlərin normallaşması üçün şərait yaratmaqla məşğul olan formata qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Nəticədə, hazırlıqlardan sonra aprel ayında dörd ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib.
“Biz Suriya ilə Türkiyə arasında normallaşma üçün yol xəritəsinin hazırlanmasında maraqlı olduğumuzu ifadə edən bəyanat qəbul etdik. Yol xəritəsi layihəsini iyun ayında bütün həmkarlarımıza təhvil verdik",- Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.